AZ

Bu şirkət Dövlət Komitəsi üçün tədbirlər təşkil edəcək - 4 milyon manat qazanacaq

Ailə, Qadin Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə "Ukrayna Ticarət Evi" MMC arasında iki satınalma müqaviləsi bağlanacaq.

Valyuta.az xəbər verir ki, birinci müqavilə uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətlərinin satın alınması, ikinci müqavilə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlıdır.

Tərəflər arasında bağlanan ilkin müqavilənin maliyyə dəyəri 1 milyon 522 min 200 manat, ikinci müqavilənin maliyyə dəyəri isə 2 milyon 515 min 760 manatdır.

Sərvanə Rəmixanova

Seçilən
18
valyuta.az

1Mənbələr