Cümə axşamı Rusiya və ABŞ prezidentləri arasında Ukraynadakı münaqişə və ona son qoymaq üçün danışıqlar prosesinə başlamaq imkanlarının müzakirə olunduğu telefon danışığı xəbərinə görə neftin qiyməti ucuzlaşır...
Poliqon bu barədə neft bazarındakı mənbəyə istinadən xəbər verir.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 74,42 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,76 dollar (1,01%) azdır. Çərşənbə günü bu kontraktlar 1,82 dollar ucuzlaşaraq 75,18 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin mart fyuçerslərinin qiyməti 0,74 dollar (1,04%) azalaraq 1 barelə görə 70,63 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,95 dollar azalaraq bir barel üçün 71,37 dollar təşkil edib.
Poliqon.info