AZ

Sabiq komandası Aqueronu ziyana saldı - MƏBLƏĞ

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Mançester Siti” - “Real Madrid” matçına qoyulan mərcə görə on min dollar itirib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Onze Mondial" məlumat yayıb. 

Xəbərə görə, İngiltərə nəhənginin sabiq forvardı matçın ilk yarısında ən azı iki qolun vurulacağına mərc edib. Lakin ilk 45 dəqiqədə cəmi bir qol qeydə alınıb. Qolu “şəhərlilər”in norveçli hücumçusu Erlinq Holand vurub. 

Qarşılaşma "Real Madrid"in 3:2 hesablı iradəli qələbəsi ilə başa çatıb. “Kral klubu"nun Xosep Qvardiolanın komandası ilə cavab oyunu gələn həftə Madriddə baş tutacaq.

Mirağa

Seçilən
14
2
fanat.az

3Mənbələr