Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı tərəfindən mütərəqqi beynəlxalq təcrübəvə standartlara əsaslanan “Banklarda əməliyyat risklərinin idarəedilməsi Qaydası” (Qayda) hazırlanaraq təsdiq edilib.
Trend bubarədə Mərkəzi Bankadan məlumat əldə edib.
Məlumata görə, qaydanın əsas məqsədi banklarda fəaliyyətindavamlılığının artırılması və əməliyyat mühitində hadisələrə dahaçevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərininqarşısının alınmasını dəstəkləməkdir. Yeni qəbul edilmiş requlyativqaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsisisteminə, əməliyyat risklərinin müəyyən edilməsi,qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanınahesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumatbazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.
Bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinədair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat riskhadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiqhesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dairkapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmalarıntətbiqinə imkan yaradacaq.