AZ

Ölkəmizdə də işləmiş tanınmış futbol adamının beyninə qan sızdı

Türkiyə futbolunun və ''Fənərbaxça''nın əfsanələrindən hesab olunan Oğuz Çətindən üzücü xəbər gəlib.

''Football-plus.az'' xəbər verir ki, dünən səhhəti pisləşdiyi üçün tanınmış futbol adamı təcili olaraq xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatının iddiasına görə onun beyninə qan sızıb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytında onun üçün ''keçmiş olsun'' mesajı paylaşılıb. 61 yaşlı Çətin futbolçu kimi 8 il (1988-96) ''Fənər''in şərəfini qoruyub. İstanbul nəhəngindən başqa ''Sakaryaspor'', ''İstanbulspor'' və ''Adanaspor''da da çıxış edib. Məşqçi kimi ''Ərciyəsspor'', ''Diyarbəkirspor'', ''Gənclərbirliyi'', ''Boluspor'' və ''Qaziantep''i çalışdıran Çətin bir dönəm ölkəmizdə də işləyib.

O, 2014-də ''Xəzər Lənkəran''ı çalışdırıb. Türkiyə yığmasında köməkçi məşqçi kimi də çalışmış Çətin son olaraq 2019-24-cü illərdə TFF-də inkişaf direktoru vəzifəsini icra etmişdi. Son dönəmlərdə o, müxtəlif futbol verilişlərində şərhçi kimi də iştirak edirdi.

ƏLİ

Seçilən
8
football-plus.az

1Mənbələr