Bu gün Azərbaycan 1-ci liqasında 14-cü tura start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək.
"İmişi" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Bu, turun mərkəzi matçı hesab olunur. Hazırda məğlubiyyətsiz və qol buraxmadan irəliləyən "Qəbələ" 33 xalla lider, "İmişli" isə 24 xalla 3-cüdür. 26 xalla 2-ci olan "Karvan" isə MOİK-i qəbul edəcək.
Günün digər matçında "Cəbrayıl" "Mingəçevir"in qonağı olacaq. Hər üç qarşılaşma saat 14:00-da başlayacaq.
13 fevral (cümə axşamı
14:00. “İmişli” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli
Heydər Əliyev adına İmişli şəhər stadionu
14:00. “Mingəçevir” – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev
Zaqatala OİK stadionu
14:00. “Karvan” – MOİK
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov
Yevlax şəhər stadionu
14 fevral (cümə)
14:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan”
14:00. “Zaqatala” – “Difai”