AZ

Miroslav Kloze: “Mahir Emreliyə ehtiyacım var”

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb.

Msport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis II Bundesliqa komandasının oyunçusuna şans verməməsinə toxunub.

O, Emreliyə böyük ümid bəslədiyini bildirib: “Mahirlə tez-tez danışıram. Ona ehtiyacım var və bunu özünə dəfələrlə demişəm. Başa düşməlidir ki, bəzi qərarlar onun əleyhinə deyil. Emreli 50 beynəlxalq oyunda iştirak edib. Əlbəttə ki, meydana çıxmamasının onu narahat etməməsi yanlış reaksiya olardı”.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq”ə mövsümün əvvəlində keçib.

Seçilən
18
msport.az

1Mənbələr