İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınmış “Everton” - “Liverpul” matçı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan Mersisayd derbisi kifayət qədər dramatik alınıb.
Əvvəlcə hesabı “Everton” açıb. Daha sonra “Liverpul” 2 qol vuraraq üstünlüyə yiyələnib. Meydan sahibləri isə matçın 90+8-ci dəqiqəsində qol vuraraq məğlubiyyətdən yaxa qurtara bilib.
Matçın sonlarında isə qarşılaşmanın baş hakimi “Liverpul”un baş məşqçisi Arne Slota qırmızı vərəqə göstərib.