Çinin cənubundakı Quanqdonq əyalətində sərnişin avtobusu yanıb.
Medianews.az xəbər verir ki, yanğında 6 sərnişin həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Yaralılar xəstəxanada müalicə olunur.
Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Çinin kənd yerlərində sərnişin avtobuslarında vaxtaşırı yanğınlara rast gəlinir.
Ən son 2019-cu ildə Hunan əyalətində sərnişin avtobusunda baş vermiş yanğında 26 nəfər ölüb, 28 nəfər yaralanıb. Yanğının avtobusda sərnişinin daşıdığı yanar materialların səbəb olduğu bildirilib.
Medianews.az