Blaqoveşensk sakini öz pişiyini evdə nəzarətsiz qoyduğuna görə qonşularını narahat edib.
News24.az bildirir ki, bu barədə Amur vilayətinin baytarlıq idarəsi məlumat verib. Belə ki, ev sahibi 1 həftəliyinə pişiyi evdə tək qoyaraq gedib. Evdə tək qalan pişiyin uzun müddət qışqırması qonşuların narahatlığına səbəb olub. Onlar polisə zəng ediblər.
Evə girən baytarlar heyvanı yoxlayıb ona yemək və su veriblər.
Ev heyvanına zərər dəyməməsinə baxmayaraq, ev heyvanlarının saxlanması qaydalarını pozduğuna görə sahibi inzibati məsuliyyətlə üzləşib. Onun cəzası bitdikdən sonra pişiyini geri götürə biləcək.
Zəhraxanım Şeydayeva