AZ

Mask Trampı, X də atasını danışmağa qoymadı- Oval ofis baxçaya döndü

Dünya mediası, xüsusilə də ABŞ mətbuatı ABŞ Prezident sarayında keçirilən mətbuat konfranslarını böyük maraqla izləyir. Dünən ABŞ prezidenti Donald Tramp və Tesla şirkətinin rəhbəri İlon Mask arasında keçirilən mətbuat konfransında isə, diqqəti başqası çəkib. Oval ofisdə keçirilən mətbuat konfransında dünyanın ən varlı adamı olan Tesla şirkətinin rəhbəri İlon Maskın 4 yaşlı oğlu X diqqət mərkəzində olub.

Mətbuat konfransında hər iki şəxs bürokratiyanın azaldılması səylərindən və dövlət strukturunda aparılan islahatlardan danışıb. Lakin demokratiya, şəffaflıq və dövlət xərclərinin müzakirə olunduğu ciddi bir mühitdə İlon Maskın oğlunun hərəkətləri gülüşə səbəb olub və brifinqin həyacanlı keçməsini təmin edib.

Görüş zamanı balaca X atasını qucaqlayaraq onunla oynayır, ofisdə gəzir, kameralar qarşısında ağız-burnunu əyir. Mask danışarkən X atasının sözünü bir neçə dəfə kəsib, hətta bir anda Trampa da nəsə pıçıldayıb. Prezident Tramp da balaca oğlanın dediklərinə cavab verib. Bir uşağın edə biləcəyi bütün hərəkətləri edən X burnunu da eşələyib.

X-in Oval Ofisdəki macərası sosial mediada sürətlə yayılıb.

Seçilən
2
aznews.az

1Mənbələr