AZ

“Qaziantep” heyətinə daha üç yeni futbolçu qatdı

Türkiyənin “Qaziantep” klubu heyətini üç yeni futbolçu – Anel Husiç, Semih GülərMustafa Gümüşkaya ilə gücləndirib.

Arena.az bu barədə Super Liqa klubunun rəsmi saytına istinadən xəbər verir.

Məhəmməd Gümüşkaya cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 24 yaşlı futbolçu “Vesterlo”ya 2022-ci ilin yayında Türkiyənin “Fənərbaxça” klubundan 500 min avro müqabilində keçib. O, Belçika klubunda 27 oyuna 1 qol vurub. Yarımmüdafiəçi ötən mövsümü də “Samsunspor”da icarədə keçirib.

Məhəmməd Gümüşkaya “Fənərbaxça”nın öz yetirməsidir. 11 yaşından bu klubda olan futbolçu, 2020-ci ildən əsas komandada oynamağa başlayıb. Türkiyəli futbolçu həmin dövrlərdə “Boluspor” və “Girəsunspor”da da icarə əsasında çıxış edib. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

İsveçrədən olan mərkəz müdafiəçisi Anel Husiç də “Yanq Boyz”dan bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Lozanna Sport”un yetirməsi olan 23 yaşlı futbolçu 2024-cü ilin fevralından “Yanq Boyz”da çıxış edirdi. O, İsveçrə nəhənginin heyətində 18 oyuna 1 assistlə yadda qalıb. Husiç İsveçrənin U-21 yığmasında da oynayıb.

“Qaziantep” Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor”da çıxış edən mərkəz müdafiəçisi Semih Güləri də heyətinə qatıb. 30 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Almaniyada dünyaya göz açmış Semih Gülər peşəkar karyerasına “Vestfaliya Herne”də başlayıb. 2014-cü ildən “Əskişəhərspor”da çıxış etməyə başlamış müdafiəçi “Eyüpspor”da da oynayıb. 2019-cu ildən “Adana Dəmirspor”da olan Semih burada 161 oyun keçirib, 4 qol və 4 assistlə yadda qalıb.

Seçilən
25
arena.az

1Mənbələr