AZ

Ağ Ev: “Hazırda ABŞ-dakı qiymət artımına görə Bayden məsuliyyət daşıyır”

ABŞ-da qiymət artımı keçmiş prezident Co Bayden administrasiyasının günahıdır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Caroline Leavitt deyib.

“Bu, Bayden administrasiyasının inflyasiya böhranını səhv idarə etməsinə və həllində şəffaflığın olmamasına görə ittihamdır”,- Trump administrasiyasının sözçüsü deyib.

Qeyd edək ki, Levitt yanvar ayında Bayden və komandasını tənqid edib. İlk brifinqində o, ABŞ-da inflyasiya böhranının səbəblərindən birinin keçmiş prezident və komandasının son 4 ildə “sərxoş dənizçilər” kimi pul xərcləmələri olduğunu bildirib. Mətbuat katibi bildirib ki, Ağ Evin Büdcə və İdarəetmə İdarəsi büdcə xərclərini nəzərdən keçirir və seçilmiş prezident Donald Trampın məqsədlərinə uyğun proqramları qorumaq üçün federal agentliklərin təkliflərinə açıqdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr