Son 24 saat ərzində Kamçatkadakı Bezymyannıy vulkanında 115-dən çox seysmik hadisə qeydə alınıb.
AzPost Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinə istinadən xəbər verir ki, mütəxəssisləri bildiriblər ki, hərəkət vulkanın günbəzindən parlaq parıltı ilə müşayiət olunur.
Xidmətin məlumatına görə, 24 saat ərzində 118 yeraltı təkan qeydə alınıb. Gecə saatlarında zirvənin güclü parlaması və vulkanın cənub-şərq yamacı boyunca isti lavaların davamlı hərəkəti qeydə alınıb.
Mütəxəssislər vulkanın püskürməyə hazırlaşdığını bildiriblər. Onların proqnozlarına görə, kül tullantılarının hündürlüyü dəniz səviyyəsindən 15 kilometr yüksəkliyə çata bilər.