Vaşinqton, 13 fevral, AZƏRTAC
Birləşmiş Ştatlar üçün Azərbaycanla əməkdaşlıq baxımından böyük bir fürsət var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vaşinqtonda yerləşən “Hudson” İnstitutunun aparıcı eksperti Mayk Doran deyib. O bildirib ki, hazırda ABŞ fərqli dönüş nöqtəsindədir.
“Ona görə də ümid edirəm ki, Tramp administrasiyası bu fürsəti görür. Bu fürsəti görəcəyinə dair çoxlu əlamətlər sezirəm”,- deyə ekspert əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton