AZ

Müzəffər Liderimiz sözünün ağası, xalqının güvən yeridir– ÖZƏL

"Hər şeydən öncə onu qeyd edim ki, cənab Prezident İlham Əliyevin müsahibələrini dinləyərkən Liderimizin simasında xalqımızın müsbət keyfiyyətlərinin bir daha şahidi olursan. Bu keyfiyyətlərə başda ədalət olmaqla mərdlik, əzmkarlıq, sədaqət və biganəlikdən uzaq olmaq daxildir. Sadəcə tarixi vərəqləyərkən deyil, elə müasir siyasi səhnəyə də baxmaq kifayətdir ki, hakimiyyət hərisliyi ucbatından vəd verərək xalqını, millətini, torpağını və neçə illik dövlətçilik institununu bada verən, iddiası potensialından, şəxsi keyfiyyətlərindən üstün olan "siyasətçiləri" görəsən. Ənənəvi sistemdə lideri qorxudan amil ordu və birləşmələr idisə, müasir dövrdə buna təzyiq və media qorxutmaları da əlavə olunub. Odur ki, lider mübarizə apararkən sinə gərməyi də bacarmalıdır. Dövlət başçımızın Davosda Çin telekanalına verdiyi müsahibə zamanı keçmişə edilən zaman ekskursiyası və gələcəyə dair cızılan planlar göstərdi ki, necə 17 il ərzində başlanğıc sonla, keçmiş indiki zamanla uyğunlaşdı, bundan sonra indiki zaman da gələcəklə uyğunlaşacaq. Müzəffər Liderimiz sözünün ağası, xalqının güvən yeridir". 

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnən Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanın illər ərzində yürütdüyü siyasətin nəticəsidir ki, biz bu gün Cənubi Qafqaz, Xəzər regionunda aparıcı yerdəyik. Baxmayaraq ki, dünya xəritəsində yerimiz nisbətən yenidir şaxələndirilmiş xarici siyasət konsepsiyasımızın ayaq səsləri  dünyanın müxtəlif regionlarından eşidilir. 
İllər ərzində beynəlxalq təşkilatların qeyri-effektlivliyi, kağız üzərində qalan bəyanatların, boş söz yığınının şahidi olduqsa, indi artıq bunlar keçmişə qovuşub. İstər Şanxay Əməkdaşlıq Təşkilatı, istərsə də BRICS ölkələri ilə dividentlər vəd edən müsbət əməkdaşlıq mövcuddur. Əsas məsələlərdən biri odur ki, Azərbaycan heç kimin daxili işlərinə qarışmır, tələbimiz də bizim daxili işlərimizə qarışılmamasıdır. Bu isə asan olmayan bir mərhələnin nəticəsidir. Özünü təmin edən, güclü iqtisadiyyat bu hədəfə çatmağımıza əsas verdi. Siyasətimizdə əməkdaşlığa, dostluğa söykənən münasibətlərə üstünlük veririk. 
Azərbaycan və Çin strateji tərəfdaş ölkələrdir. Müasir nəqliyyat strukturunun inkişafı,  "Bir kəmər, bir yol" təşəbbüsü iqtisadi rıçaqlarla doludur. Siyasətimiz isə ətalətdə deyil, daim işləkdir. Belə ki, gəlirləri yeni sahələrə yönəldirik. Yaşıl texnologiya və yaşıl enerji sahəsinə yatırılan investisiyalar bunun əyani sübutudur. 
Cəmiyyət daxilində stabillik yaratmağın, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etməyin nəticəsidir ki, dünyada müsbət sima qazana bilmişik. Bir sözlə, 17 ildə verilən vədlər yerinə yetirildi".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr