AZ

Çinin yeraltı gizli obyekti ilk dəfə nümayiş etdirilib

Çinin

Çin televiziyası ölkə tarixində ilk dəfə gizli "Yeraltı Böyük Çin Səddi"-nin içərisində çəkilmiş kadrları nümayiş etdirib. Bildirilir ki, qəribə və çox sirli məkan əslində avadanlıqların yerli hərbçilər tərəfindən qorunduğu yeraltı bunkerlərdir.

Reyting.az
xəbər verir ki, "Yeraltı Böyük Çin Səddi" uzunluğu 5000 kilometr olan tunellər şəbəkəsidir və obyekt qitələrarası ballistik raketləri (ICBM) nüvə zərbələrindən qorumaqdan ötrü nəzərdə tutulub. Obyekt raketlərin mobil hərəkətinə və yeraltı saxlanmasına da imkan verir.

Bəzi mənbələrə görə, Çində belə bir gizli və nəhəng əraziyə malik hərbi obyektin tikintisinə 1950-ci illərdən başlanılsa da, alternativi olmayan "Yeraltı Böyük Çin Səddi"-nin inşasının ən yüksək tempi 1990-2000-ci illərdə olub.

Corctaun Universitetinin alimləri hələ neçə illər əvvəl Çində raketlərin daşınması üçün tunel şəbəkəsinin olduğunu bildirirdilər. Alimlərin hesablamalarına görə, Çinin bu tunellərdə 3000 qitələrarası ballistik raket yerləşdirməsi mümkündür.

Onu da qeyd edək ki, Çin tunellərin dizayn detalları və dəqiq yerini məxfi saxlayır.

Oqtay QORÇU
Seçilən
7
reyting.az

1Mənbələr