AZ

Azərbaycan Afrika ölkəsi ilə hərtərəfli əməkdaşlığa hazırlaşır?- ÖZƏL

"Azərbaycan və Somalinin dövlət başçılarının mətbuata birgə bəyanatlarından belə qənaətə gəldim ki, deyəsən qardaş Türkiyənin ardınca biz də bu Afrika ölkəsi ilə hərtərəfli əməkdaşlığa hazırlaşırıq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " Öncə onu deyim ki, Somali dünyanın ən kasıb ölkələrindən biri sayılsa da, böyük iqtisadi potensialı və zəngin təbii sərvətləri, o sıradan  bu baxımdan dünyada 10-cu yerdə olan Qazaxıstanınkından daha böyük neft ehiyyatı var. Artıq Türkiyə 30 faizlik payla orada yataqların birgə istismarını planlaşdırır. Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanı da ölkəsinə yatırım qoymağa, orada birgə istehsal və əməkdaşlığa çağırdı ki,  cənab İlham Əliyevin onların bu istəklərinə reaksiyası müsbətdir. Və belə görünür ki, Azərbaycan Somali ilə təkcə iqtisadi əməkdaşlığı genişləndirmək fikrində deyil, onlar üçün kadr hazırlamaq, ordularının,  təhlükəsizlik qüvvələrinin peşəkarlığının artırılmasına dəstək vermək, ora bizim istehsal etdiyimiz bir sıra hərbi təyinatlı mallar göndərmək niyyətindədir. 

Bir sözlə, qardaş Türkiyə ilə əl-ələ verərək həm də çox mühüm strateji nöqtədə yerləşən bu müsəlman dövlətini düşdüyü vəziyyətdən çıxarmağa, Somali Prezidentinin arzuladığı kimi orada Azərbaycanınkına bənzər iqtisadiyyat və infrastruktur qurmağa, eyni zamanda da həm dövlətimizin, həm də  gələcəkdə dünyanın güc mərkəzlərindən birinə çevrilməsini arzuladığımız türk dünyasının Afrikada mövqelərini möhkəmlətməyə çalışacağıq. Ümid  edirəm ki, alınacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr