Bakıda keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün qrup mərhələsinin II turunun matçları keçirilir.
2-ci qrupda yer alan Azərbaycan millisi İspaniya ilə qarşılaşır. İlk turda uduzan komandaların duelində ilk görüş başa çatıb. Keişa Fatimə Zəhra - Dikki Dvi Pangestudan ibarət qarışıq cüt Ruben Qarsiya - Lusiya Rodrigesə uduzub – 0:2 (18:21, 18:21).
Fərdi mübarizədə Edi Reski Dviçayo Pablo Abianla, Keişa Fatimə Zəhra Klara Azurmendi ilə qarşılaşacaq.
Edi ilə Dikkidən ibarət cüt Ruben Qarsia - Rodriqo Sanjurjo ilə üz-üzə gələcək. Leyla Camalzadə - Həcər Nuriyeva duetinin rəqibi Nikol Karulla - Lusiya Rodriges olacaq.
Qrupun digər görüşündə Danimarka İngiltərə ilə qarşılaşır.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək çempionatda 8 komanda 2 qrupda mübarizə aparır.
İdman.biz