AZ

İnsulin tənzimlənməsini yaxşılaşdırmağın yeni üsulu tapıldı

İnsulin

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, diabet xəstələrinin insulin istehsal edən mədəaltı vəzi beta-hüceyrələrində anormal mitoxondrilər mövcuddur. ISRIB adlı preparat bu zədələri aradan qaldıraraq insulin sekresiyasını normallaşdırır və qan şəkərini azaldır. Araşdırmanın nəticələri Science jurnalında dərc olunub.Mitoxondrilər hüceyrələri enerji ilə təmin edən və onların normal fəaliyyətini təmin edən strukturlardır. Onların pozulması II tip diabet də daxil olmaqla bir çox xəstəliklə əlaqələndirilir.Tədqiqatlar göstərib ki, diabet zamanı beta-hüceyrələrdəki anormal mitoxondrilər enerji istehsal edə bilmir. Bu isə kifayət qədər insulin sintez etməyə və ya qan şəkərini normada saxlamağa mane olur. Lakin indiyə qədər bu hüceyrə disfunksiyalarının səbəbi tam aydın deyildi.ABŞ alimləri müəyyən ediblər ki, beta-hüceyrələrin mitoxondriya funksiyalarını pozan əsas amil xüsusi stres reaksiyasıdır. Eyni eksperiment qaraciyər və piy toxuması hüceyrələrində də aparılıb və bu reaksiyanın yalnız endokrin sistemin deyil, digər hüceyrələrin inkişafına da mane olduğu aşkarlanıb.Eksperimental müalicə çərçivəsində alimlər ISRIB adlı preparatdan istifadə ediblər. Bu dərman stres reaksiyasını bloklayaraq beta-hüceyrələrin funksiyasını bərpa edib və dörd həftə ərzində qan şəkərini normallaşdırıb.Hazırda tədqiqatçılar hüceyrə proseslərini daha dərindən araşdırır və nəticələri diabet xəstələrinin hüceyrə nümunələri üzərində təkrarlamağa hazırlaşırlar. Onlar gələcəkdə bu üsulun diabetin müalicəsində tətbiq oluna biləcəyinə ümid edirlər.Səidə

Diqqət Çəkənlər

Akula hücumlarının sayı kəskin azalıb

Bayden ən "bərbad" prezident kimi dəyərləndirilib

İtaliyada Siçiliya mafiyasına qarşı əməliyyat

Seçilən
0
ulusum.az

1Mənbələr