AZ

Yaxın illərdə Azərbaycanın Somali iqtisadiyyatına sərmayə qoymasının şahidi olacağəq- ÖZƏL

"Hələ neçə illər əvvəl cənab Prezidentimiz İlham Əliyev tariximizdə bir ilk yaradaraq göstərdi ki, dövlət canlı orqanizmdir, daim genişlənməlidir. Bu genişlənmə təkcə ərazi anlamında nəzərdə tutulmur, nüfuzu və əməkdaşlığı da özündə ehtiva edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin sədr müavini Musa Qasımlı deyib: "İslam dünyasının bir parçası olan Somali Federativ Respublikası Prezidentinin səfəri zamanı  imzalanan sənədlər və verilən bəyanatlar dövlətimizin  təsirinin təbii sərvətlərlə zəngin olan uzaq Afrikaya və  strateji əhəmiyyətli Hind okeanına qədər artması niyyətlərindən xəbər verir. Yaxın illərdə Azərbaycanın Somali iqtisadiyyatına sərmayə qoymasının, ticarətinin artmasının, müdafiə və təhlükəsizliyinin etibarlı təmin olunması üçün əməkdaşlığın həyata keçirilməsinin, kadrlar hazırlamasının, idarəçilik təcrübəsinin öyrənməsinin şahidi olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr