Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Şimal-qərb əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 11-16° , gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Q.QASIMOV
XQ