![Artıq](https://ulusum.az/uploads/posts/2025-02/4b057df160_pngtree-fat-man-with-his-face-looking-at-something-image_2911501.webp)
ABŞ-ın Salk İnstitutunun alimləri artıq çəkinin diabetin inkişafına necə səbəb olduğunu müəyyən ediblər. Araşdırmaya görə, piylənmə hüceyrələrin zülal istehsal etməsini çətinləşdirir, bu da insulinə davamlılığa və şəkərli diabetə gətirib çıxarır. Nəticələr Nature Metabolism jurnalında dərc olunub.Tədqiqatçılar müəyyən ediblər ki, artıq çəki zamanı hüceyrələrdəki zülal sintezi prosesi pozulur. Bu prosesdə əsas rol oynayan ME1 fermenti normadan artıq olduqda hüceyrələr insulinə reaksiya verməyi dayandırır.Eksperimentlər göstərib ki, ME1 fermentinin səviyyəsi azaldıqda hüceyrələr yenidən insulinə həssas olur və şəkərin səviyyəsi normallaşır. Alimlər bu mexanizmi hədəf alan yeni dərmanların diabetin müalicəsində effektiv ola biləcəyini bildirirlər.Səidə
Diqqət Çəkənlər
Akula hücumlarının sayı kəskin azalıb
Bayden ən "bərbad" prezident kimi dəyərləndirilib
İtaliyada Siçiliya mafiyasına qarşı əməliyyat