Ötən ay "Qarabağ"dan "Flamenqo"ya transfer olunan Olavio Juninyonun komanda yoldaşı karyerasını Avropada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, söhbət cinah müdafiəçisi Uesli Françadan gedir. 22 yaşlı futbolçunun xidmətində İspaniya nəhəngi "Barselona" maraqlıdır.

"Flamenqo" rəhbərliyinin transfer müqabilində qarşı tərəfdən 35-40 milyon avro tələbə edəcəyi gözlənilir. Ueslinin hazırkı komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.