Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Antalya şəhərində keçirilən Türkiyə Açıq beynəlxalq turnirində mükafatalayiq yer tutub.
Taekvondo Federasiyasından verilən məlumata görə, G-2 kateqoriyalı turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 4 rəqibi üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə türkiyəli idmançıya məğlub olan təmsilçimiz bürünc medalla kifayətlənib.
Leyla QURBANOVA
XQ