1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Belarusun cənub-şərqində yerləşən Qomel şəhərinə dron hücumu olub.
Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, sakinlər hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirdiyini bildiriblər.
Yerli sakinlər həmin görüntüləri qeydə də alıblar.
Hələlik PUA-ların hansı dövlətə məxsus olması və onların hücumu nəticəsində hər hansı ziyanın olub-olmadığı barədə rəsmi məlumat verilməyib.