AZ

Vətəgədən qaçan 27 min qızılbalıq (somon) üçün mükafat vəd edilib

Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan "Mowi" Norveç sahillərindəki bir vətəgədən (süni balıq gölü) qaçan təxminən 27.000 qızılbalıq (somon) üçün mükafat vəd verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət tutulan hər balıq üçün 500 Norveç kronu ayırdığını elan edib.

Şirkətdən bildirilib ki, gücül əsən fırtına qəfəslərdən birini zədələyib, nəticədə azı 27 min balıq oradan - Troms bölgəsindəki Storvika V müəssisəsindən qaçıb: "Qaçan balıqların orta çəkisi 5,5 kiloqramdır. Bu barədə yerli Norveç Balıqçılıq İdarəsi məlumatlandırılıb. Bu vəziyyət ciddi və çox təəssüf doğuran haldır. Heaab edirik ki, balıqçılar bu məələdə bizə kömək edə, qaçan balıqları ovlayaraq bizə geri təhvil evrə bilərlər. Nəzərə almalıyıq ki, vətəgədə yetişmiş qızılbalıq vəhşi qızılbalıq üçün böyük ekoloji təhlükə yaradır, genetik müxtəlifliyi azaldır, dəniz bitlərinə yoluxma riskini artırır, üstəlik, çoxalma/artma yerləri üçün rəqabəti böyüdür..."

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
13
4
mia.az

5Mənbələr