AZ

“Turkish Open”də daha 3 medal

Azərbaycan taekvondoçuları Antalyada keçirilən “Turkish Open”də daha 3 medal qazanıblar.

İdman.biz xəbər verir ki, G-2 kateqoriyalı yarışda Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) fərqləniblər.

Onların hər üçü bürünc medal əldə ediblər.

Qeyd edək ki, taekvondoçularımızdan daha öncə Minayə Əkbərova (46 kq) da üçüncü olub.

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr