AZ

Sürücülər tıxacda qalanda hansı işlə məşğul olur? - MARAQLI ARAŞDIRMA

Tıxaclarda sürücülərin nə işlə məşğul olmaları ilə bağlı sorğu keçirilib.

Avtosfer.az xəbər verir ki, “Аvto Mail” portalının apardığı sorğuda tıxaclarda ən populyar məşğuliyyət musiqi dinləmək (77%) və ətrafı müşahidə (41%) etmək olub.

Bildirilir ki, hər beşinci avtomobil sürücüsü ya telefonla oynayır, ya da onunla danışır.

Пробка

Bundan əlavə, hər onuncu sürücü audiokitablara qulaq asır, mahnı oxuyur, yemək yeyir və ya sərinləşdirici içkilər içir.

Avtomobil sahiblərinin 13%-i salonu təmizləməklə, bəziləri rəqs etməklə, kitab oxumaqla, makiyaj – təraş etməklə, saçları düzəltməklə məşğul olur. Daha 7%-i isə filmlərə baxır.

 

Namiq Musayev

Seçilən
12
avtosfer.az

1Mənbələr