Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı dünya üçün çox önəmlidir.
AzNews.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün VKontakte səhifəsində bildirib .
Onun sözlərinə görə, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin dövründə Amerika və Rusiya arasında bütün təmaslar “qapanıb” və dünya apokalipsisin astanasına gəlib.
“Niyə bu baş verdi? Sadəcə olaraq, nə vaxtsa ABŞ özünü planetimizin əsas ölkəsi hesab etdi. Və onlar qərara gəldilər ki, bütün dünyanı idarə etmək hüquqları var”,
- Medvedev yazıb.