AZ

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Bakı. Trend:

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldanazad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməlyaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kəndtəsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımızaddımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdəəhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatındiversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsibu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və ŞərqiZəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühümtöhfələr verəcəkdir.

Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlıinkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumuniştirakçılarına müraciətində yer alıb.

Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin dəböyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir:“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlarüçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazibütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizəmarağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimimövcuddur, investisiyaların adambaşına düşən həcminə görə bizqabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadidayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin dahada genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühitiyaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələraradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsasvəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclüorta və iri sahibkarlar təbəqəsinin formalaşmasınaistiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətinvətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır”.

Seçilən
6
47
az.trend.az

10Mənbələr