AZ

XİN: Azərbaycan yaşayış yerləri və canlı təbiətin kütləvi məhvinə görə Ermənistandan tam təzminat tələb edir

Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

“Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”, - məlumatda vurğulanıb.

Seçilən
5
apa.az

1Mənbələr