Bakı. Trend:
Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir.Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılmasıvə ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.
Trend xəbər verir ki, bunuiqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİXİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumundadeyib.
Nazir bildirib ki, əmək bazarında təşviq mexanizminə əsaslananvergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu HarvardUniversitetinin ekspertləri tərəfindən də yüksəkdəyərləndirilib:
"Universitet tərəfindən aparılan təhlillər də göstərir ki,islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşmasıbaxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorundaiqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərləqarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib.
2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlarnəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılmasıistiqamətində ciddi irəliləyişə nail olunub".