Bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ-nin xarici kəşfiyyat agentliyinin (CIA) hesabatlarına istinadənməlumatyayıb. "The Wall Street Journal" qəzeti də oxşar xəbər yayımlayıb. Kəşfiyyat hesabatlarında vurğulanır ki, İsrailin bir addımı regionda daha geniş müqayisə riski yaradacaq:
"Sözügedən hücum, şübhəsiz ki, İranın nüvə proqramını ciddi mənada sarsıdacaq. regionda gərginliyi artıracaq".
Məlumata görə, hesabatlar arasında ABŞBirləşmiş QərargahınınKəşfiyyat İdarəsi vəMüdafiə Kəşfiyyat Agentliyinin(DIA) "proqnoz"u xüsusi diqqət çəkir. Bu hesabatda xəbərdarlıq verilir ki, İsrailin İranın"Fordo" və "Nətənz" nüvə obyektlərinə hücum cəhdi istisna deyil.
Qəzet yazır ki, Ağ Ev, habelə CIA və digər kəşfiyyat orqanları, eyni zamanda, İsrail hökuməti bu xəbərə şərh verməkdən imtina edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz qəzetə yalnız bildirib ki, ABŞ Prezidenti Donald Tramp "İranın nüvə silahı yaratmasına imkan verməyəcək".
"Prezident ABŞ-nin İranla uzunmüddətli problemlərinin sülh yolu ilə həlli məqsədilə danışıqlara üstünlük verir, amma İran razılığa gəlmək istəməsə, o, çox da səbirli davranmayacaq",- sözçü deyib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta