Zonquldakda bir şəxs avtomobilindən götürdüyü zibilləri atdıqdan sonra itini küçəyə atıb.
News24.az bildirir ki, tərk edilən it sahibinin arxasınca qaçsa da, yetişə bilməyib və digər itlərin hücumuna məruz qalıb.
Yoldan keçən bir qadın itin bu vəziyyətini görərək evinə aparıb. Təhlükəsizlik kameralarına baxan qadın itin küçəyə atıldığını görüb. O tərk edilmiş iti övladlığa götürərək “Ömrümün sonuna qədər ona baxacağam, sahibi gəlsə də ondan əl çəkməyəcəyəm” deyib.
Zəhraxanım Şeydayeva