AZ

Koreyada təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Koreya Respublikası 2025-2026-cı tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramına qəbul elan edir. Magistratura, doktorantura və tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları 5 mart 2025-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, təqaüd proqramı ilə bağlı əlavə məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.

Elan: //htp.edu.az/.../d560af29ad844625b7ee9fd9d61e97f8.pdf

Seçilən
5
1
azedu.az

2Mənbələr