AZ

Karnaval kostyumu fabrikində yanğın

Rio-de-Janeyroda karnaval geyimləri fabrikində baş verən yanğında 20 nəfər xəsarət alıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Braziliyanın Agência Brasil agentliyi məlumat yayıb.

 

 

Yanğınsöndürənlər 21 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir. Onların əksəriyyətinə tənəffüs yollarının yanığı diaqnozu qoyulub.

Rio-de-Janeyro yanğınsöndürmə rəisinin müavini vəziyyətin nəzarət altında olduğunu bildirib və binanın istismar icazəsinin olmadığını qeyd edib.
Fabrikin Rio-de-Janeyro Karnavalında iştirak edən ən azı üç samba məktəbi üçün kostyum hazırladığı bildirilir.

 

Nigar

 

Seçilən
14
oxu24.com

1Mənbələr