AZ

Niderlandda alimlər qədim xəzinədə şeytan pulları tapılıb

Niderlandda VII əsrə aid üç qədim xəzinə aşkar edilib, burada "şeytan pulları" adlandırılan sikkələr tapılıb...

Poliqon LiveScience elmi jurnalına istinadən xəbər verir ki, arxeoloqlar qazıntılar zamanı Amsterdamdan 130 kilometr məsafədə yerləşən Hezinqen kəndində qızıl və gümüş sikkələr, bəzək əşyaları və qiymətli metal parçaları olan xəzinələrə rast gəliblər. Mütəxəssislərin fikrincə, bu artefaktlar VII əsrdə gizlədilib.

Qazıntılara rəhbərlik edən Yan-Villem de Kortun sözlərinə görə, bu xəzinələr, çox güman ki, bütpərəst tanrılara qurban olaraq təqdim edilib. Eyni yerdə əvvəllər müqəddəs dirəklərin quraşdırıldığı çuxurlar da aşkar edilib. Bildirilir ki, bütpərəstlər bu dirəklərin ətrafında ayinlər keçiriblər. Xristian missionerlər bu cür inanclarla mübarizə aparır və qurban kimi təqdim olunan pulları "şeytan pulları" adlandırıblar. Qədim dövrə aid vəftiz mərasimlərində bütpərəstlərin yeni dini qəbul edərkən bu pullardan imtina etmələri tələb olunub.

De Kort qeyd edib ki, 1300 il əvvəl bu ərazilərdə german tayfaları yaşayıb. Torpağın kimyəvi analizi göstərib ki, burada heyvan qurbanları da verilib. Lakin yerli sakinlərin hansı tanrılara ibadət etdiyi hələ də dəqiqləşdirilməyib.

Arxeoloqun sözlərinə görə, bu tapıntı ilk dəfə 2020-ci ildə metal detektorları ilə axtarış aparan xəzinə ovçuları tərəfindən aşkar edilib. Onlar dərhal aidiyyəti qurumlara məlumat veriblər və həmin vaxtdan etibarən ərazidə arxeoloji qazıntılar aparılır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr