Rusiyada lalənin orta qiyməti qızılgül qiymətinə yaxınlaşıb.
Oxu24.com xəbər verir ki, bu barədə RBC-yə Flowwow bazarının nümayəndəsi məlumat verib.
Nəşrin məlumatına görə, fevralda lalənin orta qiyməti 231,3 rubla çatıb, eyni zamanda bir qızılgül isə 248,6 rubla başa gəlir.
RBC qeyd edir ki, 2024-cü ildə fərq daha böyük olub: qızılgül lalədən 38,9% baha idi.
Lalenin bahalaşmasının dost olmayan ölkələrdən gələn güllərə gömrük rüsumlarının artırılması və Rusiyada lalə yetişdirilən holland soğanlarının məhsul verməməsi ilə əlaqədar olduğu bildirilir.
Bundan əvvəl “İzvestiya” qəzeti ATOL şirkətinin analitiklərinə istinadən xəbər vermişdi ki, Rusiyada son bir ildə güllər 11% bahalaşıb. Bir buketin orta qiyməti 2567 rubla qədər artıb.
Nigar