Azərbaycanın "yaşıl enerji" sahəsində müsbət beynəlxalq mövqeyi var.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
"İqtisadiyyatda dayanıqlı artıma transformasiya "enerji keçidi" şəraitində baş verir. Nüfuzlu şirkətlərlə reallaşdırılan layihələr etibarlı tərəfdaş olduğumuzu təsdiqləyir", o qeyd edib.