AzVision.az xəbər verir ki, özünün Pekindəki və Vaşinqtondakımənbələrinə istinad edən “Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, çinli məmurlarvasitəçilərin köməyi ilə Tramp komandasına Putinlə görüşmək və mümkün barışıqdan sonra səyləri asanlaşdırmaq təklifi irəli sürüblər.
Ammadünən gecə saatlarında Trampın Səudiyyə Ərəbistanında Putinlə görüşməyi planlaşdırdığına dair məlumatlar yayılıb.
Bu gün isə Amerikanın “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) analitikləri Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün gələcək sülh danışıqlarında heç bir güzəştdə maraqlı olmadığı barədə icmal dərc ediblər. Ekspertlərin fikrincə, əvvəla, Putin sadəcə olaraq, bununla maraqlanmır, ikincisi, bundan sonra da öz maraqlarını ABŞ və Avropaya sırımaq üçün əlindən gələni edəcək.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta