"Böyüklər danışanda insanlar elə bilirlər ki, paxıllıq edirik. Nəyinə paxıllıq edəcəyəm axı?! Qınaq var. Sosial şəbəkələrə əsasən deyirəm, yaxşılarından iraq, insanlar çox savadsızdırlar".
Ölkə.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə verilişlərin birində deyib.
"Keçən dəfə tənqidi çıxış etmişdim. Səhv başa düşüldü. Mən heç kimin sənətinə, səsinə xələl gətirəcək bir söz deməmişəm. Tənqid də etmirəm. Mövqedən danışıram. Adamın sözü bir olar. İstər qadın olsun, istər kişi. Burada dediyin sözü, orada da olduğu kimi deməlisən. Başqa cür deyəcəksənsə, sən mövqesizsən. Sənin sənətkarlığın da başına dəysin", - o söyləyib.
Ölkə.Az