1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur. Qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir. Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik".
Oxu.Az xəbər verir ki, bu fikirləri "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iqtisadiyyatda dayanıqlı artma transformasiya enerji keçidi şəraitində baş verir:
"Yaşıl enerji sahəsində ölkəmizin pozitiv beynəlxalq mövqeyi var. Nüfuzlu şirkətlərlə reallaşdırılan layihələr etibarlı tərəfdaş olduğumuzu təsdiqləyir".
Məhərrəm Əliyev