Ramazan ayına az bir vaxt qalıb. Müsəlman ölkələrində ramazan ayı başlamazdan əvvəl qiymətlərdə endirimlər edilir ki, oruc tutanlar iftar süfrəsinə istədiyi neməti düzə bilsin. Azərbaycanda isə bunun əksi baş verir.
Bəs bu dəfə hansı nemətlərin bahalaşması gözlənilir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, 1 mart tarixindən Ramazan ayı başlayır. Hər il olduğu kimi bu il də bayramqabağı qiymətlərdə artım gözlənilir.
Ekspertin sözlərinə görə, artım əsasən kənd təsərrüfatı məhsullarında gözlənilir.
“Bu sektora bir o qədər də nəzarət olmadığı və eyni zamanda azad bazar qiyməti hökm sürdüyü üçün süni qiymət artımı orada olur. Marketlərdə bu hal bir o qədər də yoxdur. Hətta bəzi məhsullarda endirim olur. Məhsulunu marketdə, vitrində satan istehsalçı firma bilir ki, məhsulu zəruri mallar siyahısındadırsa endirim etsə də satış sayından qazanacaq. Zərər etmir, əksinə daha qazanclı olur. Burda əvvəlcə qiyməti qaldırıb sonra endirim adı altında istehlakçını aldadanlardan getmir söhbət. Bəzən reklamlar, mağazalarda müştərini cəlb etmək adı ilə aldadılır. Yüksək musiqi, mağaza qabağı klounlar, endirim broşuru paylanılır. Əsas zəruri malların: toyuq, digər ət məhsullarının qiymətini qaldırıb sonra əvvəlki qiymətinə qoyurlar. Həqiqi endirimə qoyulan da makaron, qarabaşaq, mayonez, malako və bu kimi məhsullardır. Bu məhsullarda da ən yaxşı halda 0,50 Azn endirim olur. Sahibkar bilir ki, mağazaya gələn səbətini doldurub çıxacaq, bununla belə ac (oruclu) insan daha çox alır. Ad da olur ki, Ramazanda endirim. Alıcı nə edir ramazanda, makaronu ya qarabaşağı və ya mayonezi?? Endirimə ət və ət məhsulları, tərəvəz, meyvəni qoymaq lazımdır. Qarabaşağı, makaronu yeyib oruclu qalmaq olar??”
Dəniz