Ukrayna çətin ki, Rusiya Federasiyasının 2014-cü ildə işğal etdiyi əraziləri öz nəzarətinə qaytarsın. Bunu fevralın 12-də ABŞ Prezidenti Donald Tramp bəyan edib və bunu “The Washington Post” nəşri sitat gətirib.
Nəşr yazır ki, Tramp Kiyevin müharibəni dayandırmaq üçün Ukraynanın bəzi ərazilərini Moskvaya verməli olacağına eyham vurub.
Amerika prezidenti qeyd edib ki, o, öz fikrini ifadə etmir, yalnız “bir çox insanın fikrinə” əsaslanır.
Eyni zamanda Tramp bəzi ərazilərin hələ də Ukraynanın nəzarətinə qayıdacağını bildirib.
ABŞ-ın müdafiə naziri Pit Heqset də fevralın 12-də Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılması planını reallıqdan kənar adlandırıb, bunu tanınmağa çağırıb.
Almaz Həsənli