AZ

Çin Tramp-Putin görüşünə ev sahibliyi təklif edir

Çin

Çin Ukraynada müharibənin dayandırılmasına kömək üçün ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşə ev sahibliyi təklif edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadla yazıb.

Nəşr bildirir ki, Pekin və Vaşinqtondakı mənbələr Çin rəsmilərinin vasitəçiləri vasitəsilə Tramp komandasına Putinlə görüş keçirmək və mümkün atəşkəsdən sonra səyləri asanlaşdırmaq təklifi ilə çıxış ediblər.

Xatırladaq ki, dünən V. Putin və D. Tramp arasında telefon danışığı olub. Onlar telefon danışığında şəxsi görüşün təşkili barədə də razılığa gəliblər.

E. KAMAL
Seçilən
3
reyting.az

1Mənbələr