Olaylar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" Forumunda deyib.
"Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik", - deyə nazir bildirib.
Qeyd edək ki, bu gün Bakıda "VERGİ XİDMƏTİ - 25: Davamlı inkişaf və effektiv transformasiya" Forumu keçirilir.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.