AZ

Juninyo üçün əsl şok – Əvvəl zədələndi, sonra tənqid olundu

Qış transfer pəncərəsində “Qarabağ”ı Braziliyanın “Flamenqo” klubuna dəyişən Juninyo zədələnib.

Msport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, forvard Karioka Liqasının VII turunda doğma meydanda “Botafoqo”ya qarşı oyunun 12-ci dəqiqəsində rəqib müdafiəçi

Aleksander Barboza ilə toqquşmada sağ dizindən xəsarət alıb. Oyunu davam etdirə bilməyən hücumçu Bruno Enrike ilə əvəzlənib. Onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu arada, Juninyonun çıxışı yerli azarkeşlərin narazılığına səbəb olub. Fanatlar sosial şəbəkələrdə onu tənqid edərək, komandadan göndərilməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, Juninyo ötən ay “Qarabağ”dan 5 milyon avro qarşılığında “Flamenqo”ya keçib.

Seçilən
12
msport.az

1Mənbələr