“Kooperativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin “Hökumət evi” inzibati binasında yanğın siqnalizasiya sisteminin quraşdırılması işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin ümumi dəyəri 697 889 AZN olub.
Cabir Həsənov
Tarix: 13 Fevral 2025, 11:31