AZ

Ərdoğan Pakistandadır - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Ərdoğan 5 illik fasilədən sonra Pakistana rəsmi səfər edir. 

Ərdoğanın Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yeddinci Toplantısına qatılması gözlənilir.

Ərdoğanın imzalanma mərasiminə qatılması və razılaşmalar üçün Şəriflə birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

Türkiyə-Pakistan İş Forumuna qatılacaq prezident Ərdoğanın Pakistan prezidenti Zərdari ilə Prezident binasında ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Seçilən
4
operativmm.az

1Mənbələr